Bakıda bacı-qardaşın bu əməlinə görə polis təcili hərəkətə keçdi

ÖLKƏ
19:45 / 05.05.2022
991

Bakıda qadına məxsus bank kartı qarət olunub.

Daxili İşlər Nazirliyindən Hit.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın bank kartından 3000 manat pulunun çıxarılaraq oğurlanmasını bildirib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Tehranə Qasımova və qardaşı, Şəki rayon sakini Teymur Davudov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

0