Azərbaycanlı aktrisa xərçəngdən əziyyət çəkir

ÖLKƏ
17:52 / 06.05.2022
1034

Aktrisa Məsumə Babayevanın səhhətində problem yaranıb.

Axşam.az xəbər verir ki, aktrisa xərçəngdən əziyyət çəkir. O, "Elgizlə izlə" proqramına zəng edərək yardım istəyib:

"10 ildir şəkər xəstəliyindən əziyyət çəkirəm. İndi də süd vəzimdə şiş aşkarlanıb. Əməliyyat olunmalıyam".

71 yaşlı M.Babayevanın həyat yoldaşı və oğlu vəfat edib. Onun oğlu intihar edib. M.Babayeva eyni zamanda azyaşlı nəvəsini yol qəzasında itirib.

0