Son sutkanın yoluxma statistikası

ÖLKƏ
16:37 / 10.05.2022
847

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 638 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 869 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 60 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 890, bu günə qədər isə ümumilikdə 6 838 458 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 8 vaksin vurulub. Son sutkada birinci doza üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 669 891, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 341 971, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 842 230, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 244 017, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 241 673 nəfər təşkil edir.

0