Məktəbli qızı xilas edərkən xəsarət alan gömrükçünün son durumu açıqlandı

ÖLKƏ
10:05 / 11.05.2022
1116

İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan gömrük işçisi həftəsonu evə buraxılacaq.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 37 yaşlı Zahid Niyazovun vəziyyəti günbəgün stabilləşir.

Onun müalicə aldığı Mərkəzi Gömrük Hospitalından həftəsonu evə buraxılması gözlənilir.

Xatırladaq ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.  

0