Dahi bəstəkar Fikrət Əmirovun nəvəsi Pərviz Xəlilov qəfil vəfat edib.
P.Xəlilov bu gün səhər Bakıda işə gedərkən dünyasını dəyişib. Onun ürəktutmadan vəfat etdiyi bildirilir.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü Pərviz Xəlilov Fikrət Əmirovun qızı Afət Xəlilovanın oğludur. (Qafqazinfo)