Göyçayda güclü külək ağacları aşırıb, elektrik xətlərini qırıb - FOTO

ÖLKƏ
09:45 / 24.05.2022
669

Göyçay rayonunda əsən güclü külək və leysan yağışı fəsadlara səbəb olub.

Hit.az APA-ya istinadən xəbər verir ki, ötən gecə qəflətən başlayan güclü külək rayonun bir neçə yerində iri gövdəli ağacları avtomobil yoluna və evlərin üstünə aşırıb. Hadisə zamanı xəsarət alan olmasa da vətəndaşlara ziyan dəyib, yollarda nəqliyyatın hərəkəti çətinləşib.

Ağacların elektrik naqillərinin üstünə aşması nəticəsində Göyçay şəhərinin böyük bir hissəsinə və kəndlərə enerji verilişi dayanıb. Leysan yağışı nəticəsində bəzi həyətyanı sahələrə və evlərin zirzəmisinə su dolub.

Hazırda küləyin və yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün işlər görülür.

0