Yoluxanların sayı açıqlandı

ÖLKƏ
18:37 / 24.05.2022
976

Azərbaycanda koronavirusa 9 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 723 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 964 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 49 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 793, bu günə qədər isə ümumilikdə 6 877 141 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 2999 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 349, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 271, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2148, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 231 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 710 006, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 346 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 847 713, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 271 363, pozitiv nəticədən sonra buster doza olunanların sayı 244 757 təşkil edir.

0