Keçmiş şöbə müdirinə PA-da vəzifə verildi

ÖLKƏ
11:08 / 25.05.2022
916

Bir müddət əvvəl öz ərizəsi ilə Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən çıxan Rövşən Süleymanova yeni vəzifə verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R.Süleymanov Prezident Administrasiyasının İşlər İdarəsində bu həftədən işə başlayıb.

Qeyd edək ki, R.Süleymanov 2019-cu ildə Səbail RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.

0