İnternetdə 1991-ci ilin ağ rəngli “ZAZ-968M” markalı avtomobili satışa çıxarılıb.
Hit.az xəbər verir ki, Rusiyanın Kazan şəhərində satılan avtomobilin qiyməti 1 milyon rubldur (təxminən 28 min 100 manat).
Qeyd edək ki, 30 ildən artıq istismar olunsa da, “Zaporojets" cəmi 616 kilometr sürülüb./Bizim.Media/


