Terror səbəbindən zərərçəkmiş şəxslərlə bağlı yeni əlillik səbəbi müəyyənləşdirilib.
Hit.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev "Sosial saat"da deyib.
O bildirib ki, müstəqillik dövründə terrorda zərərçəkmiş şəxslərin siyahısı müvafiq qurumlarla birgə müəyyənləşdirilib:
"İşğaldan azad olunmuş ərazilərdə minaya düşmüş şəxsə əlillik əvvəl ümumi səbəbdən verilirdi. Lakin bundan sonra terror səbəbindən veriləcək".