Şəhid bacısı ədliyyə nazirinə və 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə təşəkkür etdi - FOTO

ÖLKƏ
12:31 / 27.05.2022
866

Oğlu həbsdə olan, şəhid bacısı dövlət qurumundan razılıq edib.

Hit.az-ın məlumatına görə, Sədiyarova Gülmayə Sədulla qızı 6 illik azadlıqdan məhrum edilən oğluna 7 saylı Cəzaçəkmə Müəssisəsində yaxşı baxıldığını, işlə təmin edildiyini qeyd edib.

Eyni zamanda, Gülmayə xanım bildirib ki, oğlunun ziyarətinə getdikdə orada onu daim yüksək qayğı və diqqətlə qarşılayıblar.

Şəhid bacısı bütün göstərilən xoş münasibətə və oğlunun cəza müddətinin bitməsinə 1 il qalmış şərti olaraq azad edilməsinə görə ədliyyə naziri Fikrət Məmmədova və 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə təşəkkür edib.

0