Azərbaycanın ən yaşlı kişi və qadın seçiciləri məlum oldu

ÖLKƏ
19:15 / 27.05.2022
951

Azərbaycanın ən yaşlı kişi və qadın seçiciləri məlum olub.

Hit.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, Azərbaycanın ən yaşlı seçicisi qadındır. O, Gədəbəy rayon sakini 1900-cu il təvəllüdlü Nuriyeva Şərabanı Əli qızıdır. Onun 122 yaşı var.

Ən yaşlı kişi seçici isə 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur. Onun 107 yaşı var.

Qeyd edək ki, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 401 min 955 şəxs var.

0