MTN generalı azadlığa çıxdı

ÖLKƏ
12:15 / 28.05.2022
1248

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam Ədliyyə Nazirliyi Penitensiar xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

HİT.az xəbər verir ki, sərəncam bu cəzaçəkmə müəssisində 7 nəfərə şamil edilib.

Azadlığa buraxılanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Teymur Quliyev və "MTN"in digər vəzifəli şəxsləri var.

Qeyd edək ki, ləğv edilmiş MTN-in sabiq baş idarə rəisi Teymur Quliyev 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadllqdan məhrum edilib.

0