10 ay komada qaldıqdan sonra vəfat edən qazi dəfn edildi - FOTOLAR

ÖLKƏ
11:58 / 30.05.2022
747

Xəbər verdiyimiz kimi, Vətən Müharəsi qazisi, “Yaşat” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən Yaqub Qəhrəmanlı 10 ay komada qaldıqdan sonra dünən vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, Y.Qəhrəmanlı Tərtərin Dəmirçilər kənd qəbiristanlığında torpağa tapşırılıb. Qazinin dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, ailə üzvləri, qazilər, veteranlar, rayon sakinləri iştirak edib.

Yaqub Qəhrəmanlının 2 yaşında oğlu yadigar qalıb.

0