Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Nəqliyyat Agentliyi (BNA) Hövsanda marşrut avtobusunun iştirakı ilə baş verən qəzaya münasibət bildirib.
BNA-dan Valyuta.az-a verilən xəbərə görə, "Kral Transport" şirkətinin istismarında olan avtobusun qəzaya uğraması zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
Hazırda daşıyıcı şirkətin rəhbəri agentliyə çağırılıb, araşdırma aparılır.
Xatırladaq ki, bu gün Suraxanı rayonu, Hövsan qəsəbəsində 132 nömrəli xətt avtobusu BMW markalı avtomobillə toqquşub. Nəticədə avtomobilə ciddi ziyan dəyib.
16.30
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.
132 nömrəli xətt avtobusu BMW markalı avtomobillə toqquşub. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan şəxslərin olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Araşdırma aparılır.