Bu gün zaman silsiləsində nələr baş verir?

ÖLKƏ
11:10 / 31.05.2022
1173

İndi zaman mühüm dönüş nöqtəsindədir - dünya ən böyük tarixi dönəmini keçir.

Eradan eraya keçid dövrləri olub, amma bu keçid həm də qayıdış dövrüdür 

– dünya, həyat ilkin halına dönür. Biz zamanın elə bir nöqtəsindəyik ki, tamamlanma və başlanğıc arasında sıçrayış məqamını keçəcəyik. İndi isə hazırlıqlar gedir. Hazırlıq hələ ki, zahiri forma almadığı üçün, şüurlarda qəbullanma zəifdir. Amma zərif (mental) formada dəyişiklik daha sürətlə artır. Ruhsal oyanmış şüurların vibrasiyaları sürətlə artdıqca, Yerin elektromaqnit dalğaları dəyişilir 

– tezlik çox sürətlə artır. 

Oyanmış şüurların dalğalarıyla planetar dalğalar arasında harmoniya tənzimlənir 

- bəs oyanmağa meyl göstərməyən şüurların taleyində nələr olur? - həyat qırıqlığı... 

- problemin, stresin içində çapalama; dağılan natəmiz materiyayla, sürətlə dəyişən zamanla qeyri-uyğunluq və nəticədə şüuru pozulma insanın ümumi varlığını 

– həm ruhunu, həm bədənini xəstəliyə məhkum edir. Nə pul, nə miras, nə vəzifə, nə elmi dərəcələr, nə liderlik... 

– heç bir status ruhsal oyanışsız mənə hüzur, xoşbəxtlik gətirməyəcək; ruhum, vücudum və dünya arasında harmoniya yaranmayacaq.

İndi özümüz düşünək... 

– şüurun ruhsal oyanışına mənim nə dərəcədə ehtiyacım var!?

Yoxsa mən özümə iztirablı həyatımı layiq bilirəm...

Psixoloq, enerji tetapevti, art terapevt Zümrüd Əsədova

Hit.az

0