Xorvatiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə müxtəlif ölkələrin səfirlik nümayəndələri, dövlət rəsmiləri iştirak edib.
Tədbiri Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç açaraq, qeyd edib ki, 1990-cı ildə parlament seçkilərindən sonra ilk müasir çoxpartiyalı Xorvatiya parlamentinin toplandığı günü və hadisəni qeyd edir:
“32 il əvvəl bu gün, Xorvatiya vətəndaşları yeni seçilmiş parlamentin və daha sonra yeni hökümətin rəhbərlik etdiyi, müasir tarixdə müstəqil səyahətə başladılar və yeni, müstəqil, demokratik, müasir Avropa dövlətinə yol açdılar. Belə ki, beynəlxalq səviyyədə tanınan və 1992-ci ildə BMT–yə üzv olan Xorvatiya respublikası, 2009-cu ildə NATO-ya , 2013-cü ildə isə Aİ-yə üzv olub. Hazırda Xorvatiya gələn ilin ilk günündən Avropa zonasına və həmin il Şengen zonasına daxil olacağını gözləyərək Avropa inteqrasiya proseslərini başa çatdırmaq üzrədir”.
Səfir qeyd edib ki, Xorvatiya ilə Azərbaycan arasında iki tərəfli əlaqələr günü gündən güclənir:
“Müntəzəm olaraq yüksək səviyyəli görüşlərdə, o cümlədən prezidentlərimiz arasında keçirilən görüşlərdə iki tərəfli əlaqələr istiqamətləndirilir və formalaşdırılır. Bu da 2013-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyənnamədən irəli gəlir.
Strateji tərəfdaşlığımız və dostluğumuz humanitar sahədə də öz əksini tapmışdır. Azərbaycan Xorvatiya Avropada pandemiya dövrünün əvvəlində, Azərbaycanda aşkarlanmamışdan əvvəl kömək edib. Həmçinin, Azərbaycan iki il əvvəl Xorvatiyada baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılmasında bizə kömək etmişdi.
Fürsətdən istifadə edərək , bir daha bu dəyərli dəstəyə görə bir daha Azərbaycan hökümətinə və xalqına səmimi təşəkkürümü bildirirəm. Biz, Bakıdakı səfirliyi üç il əvvəl açdıq. Həmin vaxtdan Xorvatiya ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələr daha da inkişaf etməkdədir. Xorvatiyanın Xarici işlər nazirlərin Bakıya iki rəsmi səfəri həmin dönəmdə hökümətlərarası komediyyanın ikinci iclası – xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, bir sıra mədəniyyət və digər layihələr ötən iki il ərzində həyata keçirilmişdir. İqtisadi–ticarət əməkdaşlığı getdikcə yaxşılaşır. Vurğulamaq istərdim ki, Xorvatiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Aİ-yə üzv ölkələr arasında isə ikinci ən böyük ticarət təfədaşıdır”.
B.Zebiç özəl gündə onları təbrik edənlərə də minnətdarlığını bildirdi: “Xorvatiya üçün bu bayram günündə vətənimə, bütün xorvatlara – onların bəziləri bu gün bizimlədir, Bakıdakı kiçik xorvat icmasına – ən səmimi təbriklərimizi çatdırmağı arzu edirəm. Azərbaycan bu günləri 28 May müstqəllik günü kimi qeyd etdiyinə görə fürsətdən istifadə edərək Azərbaycan vətəndaşlarını bir daha təbrik edir, onlara can sağlığı- firavan və əmin amanlıq arzu edirəm”.
Daha sonra Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan höküməti adından ən gözəl arzularımı Xorvatiya günündə çatdırdı:
“Mayın 30-da biz Xorvatiya gününü qeyd edirik. Hansı ki, 1990-cı ildə müasir ilk dəfə Xorvatiya parlamenti yaradıldı və həmin gün parlament seçkiləri keçirildi. 1991-i ildə Xorvatiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri idi. Bu illər ərzində bizim Xorvatiya ilə əlaqələrimiz inkişaf etdi və özünün ən yüksən strateji münasibətlər səviyyəsinə çatdı. 2013-cü il 11 martda Azərbaycan və Xorvatiya əlaqələri üçün strateji olan zaqreb bəyənnaməsi imzalandı. Eyni zamanda Azərbaycan və Xorvatiya beynəxlaq təşkilatlarda uğurlu əməkdaşlıq edirlər.
Ötən il Xorvatiyanın xarici işlər naziri cənab Qordan Qriliş- Radman Azərbaycana uğurlu səfəri zamanı ölkələrimiz arasındakı qarşılıqlı əlaqələrin və geniş imkanların olduğu qeyd edildi. Beynəlxalq prinsip və qaydalara əsasən Azərbaycan və Xorvatiya hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib. Bidiyiniz kimi vətən müharibəsi Azərbaycanın qələbəsi ilə nəticələndi. Beləliklə 30 il işğal altında olna torpaqlar azad edildi və regionda yeni reallıqlar yarandı. Bizim ölkəmiz regionda sülh və sabitlik istəyir”.
Rəsmi çıxışlardan sonra Xorvatiyanın tanınmış oboist ifaçısı Branko Mihanoviç çıxışı ilə qonaqlara xoş dəqiqələr bəxş edib.
Qeyd edək ki, o, milli musiqiləri ilə yanaşı tədbirdə “Sarı gəlin” mahnısını da ifa edib. Onun bu çıxışı böyük maraqla qarşılanıb.