Vilayət Eyvazov polkovniki idarə rəisi təyin etdi

ÖLKƏ
19:23 / 31.05.2022
2124

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

Manset.az-ın əldə etdiyi məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmri ilə nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsinin rəis müavini, polis polkovniki Elnur Nəsibov tutduğu vəzifədən azad edilərək həmin idarənin rəisi təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Gündüz Sadıqov bir müddət əvvəl xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

0