Hit.az xəbər verir ki, psixoloq, Psixoloji və Sosial Dəstək İctimai Birliyinin sədri, Psixologiya Mərkəzinin (UM) rəhbəri, bir neçə özəl klinikaların psixoloqu Ülviyyə Murtuzova panik atakın əlamətlərini açıqlayıb.
Aşağıdaki simptomlardan dördünün və ya daha çoxunun anidən ortaya çıxması çox təhlükəlidir.
1. Ürək döyüntüsünün artması
2. Tərləmə
3. Tremor və ya titrəmə
4. Nəfəssiz qalma və ya nəfəs darlığı.
5. Boğulma hissi
6. Döş qəfəsində sıxıntı
7. Ürək bulanma və ya epiqastral (qarın) nahiyədə narahatlıq
8. Baş fırlanması, ürəkgetmə hissi
9. Ətraf mühitə, özünə qarşı yadlaşma
10. Özünənəzarəti itirmə və dəli olma qorxusu
11. Ölüm qorxusu
12. Keyimə
13. Ürpərmə və ya istilik basması