Azərbaycanda film kimi cinayət: İş adamı öz "ölümünü" təşkil etdi, həbs olundu

ÖLKƏ
11:12 / 04.06.2022
1341

2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus “KİA” markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar aparılan istintaq tədbirləri gözlənilməz nəticə verib.

Hit.Az-ın verdiyi xəbərə görə, həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə nüəyyən edilib ki, R.Qəniyevin direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırıb və özünü ölmüş kimi qələmə verib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.

0