Rəbiyyə Məmmədovanın anasını döyən şəxs kimdir? - Açıqlama

ÖLKƏ
11:44 / 04.06.2022
621

İctimai fəal Rəbiyyə Məmmədova anasının iş yerində döyüldüyü ilə bağlı məlumat yayıb.

Hadisə haqda Yenisabah.az-a danışan R.Məmmədova ekspertizaya getdiklərini bildirib.

O, hadisənin Binəqədi Mənzil Kommunal və Texniki Xidmət Sahələrinin 102 saylı mənzil-kommunal istismar sahəsində baş verdiyini qeyd edib:

“Hal-hazırda ekspertizadan çıxırıq. Bir neçə müddətdir həmin qadın işdə anama təzyiq edirmiş, mənim sosial şəbəkələrdəki şəkillərimi ətrafındakılara göstərirmiş, anamın yanında olduqca ona söz atırmış. Tez-tez təhqir edirmiş ki, sənin qızın elədir-belədir.  

Mənim anamın 60 yaşı var. 60 yaşlı qadın o xanıma xəsarət yetirə bilərmi? Bizdən öncə onu ekspertizaya göndəriblər, guya anam ona xəsarət verib. Mənim anam xəstə adamdır nəinki kiməsə xəsarət yetirməyə, heç ayağa qalxmağa halı yoxdur. 

Pensiya ala bilmir, ona görə də süpürgəçi işləyir, özü də ali təhsilli adamdır.  Məsələ barədə guya araşdırma gedir, axırda hər şey məlum olacaq. 

Həmin qadın məni heç tanımır, amma haqqımda irəli-geri danışırmış. İş hazırda 5-ci polis bölməsindədir”.

0