İnsan hansısa insan ilə arasında bağ olduğunu hiss etmək istəyir

ÖLKƏ
11:14 / 04.06.2022
914

Hər insan özünü harasa aid hiss etmək və hansısa insan ilə arasında bağ olduğunu hiss etmək istəyir. 

Bəlkədə bu ana bətnindən bizdə qalıb, ilk 9 ayımız ana ilə fiziki və emosional bağ əsasında formalaşıb. Eyni zamanda özümüzün yox anamızın emosialarını, onunla bərabər yaşamışıq. 

Belə çıxır ki, həyat bizə kiminləsə bağ qurmağı və onunla bəlli emosiaları yaşamaq vərdişini artıq çoxdan yükləyib. 

Bu ana olur, sonra sevdiyimiz və ya övladımız, hətta işimiz belə ola bilər. 

Fərqlidir. 

Elə insanlar varki, o bağı daha Ali enerji ilə qurur. Allah dostları da demək olar məncə onlara və ya Allah aşiqləri. Həqiqətən Onu içdən sevən insanlar az deyil, bəzən anlamasaq belə içimizdə Ali enerjiyə qarşı həmişə sevgi olub və olacaq çünki hər birimiz Aliliyə can atırıq. Can atırıqsa əsasında sevirik deyə bilərik.

Sevdiklərimiz ilə aramızda bir enerji olmasını istəyirik: bağlılıq, əlvan rənglər, emosialar, hisslər, gülüş səsləri, aktvlik, rahatlıq, inkişaf, həzz və s. ehtiyaca əsasən dəyişir. 

Amma ilkin anlamalı olduğumuz odur ki:

Emosialar yaranan yaxınlığın əsasıdır. Bir insanla nə qədər çox emosialar yaşasaq o qədər çox bağlanırıq. Bu müsbət və mənfi emosialar ola bilər. Təbii ki, mənfi emosiaları yaşadıqda bağlanma baş verir, lakin bu həmişə emisonal sağlamlıq üçün faydalı olacaq anlamına gəlmir. Müsbət və faydalı bağların yaranması üçün müsbət bağları seçmək hər insanın haqqıdır. Lakin mənfi emosiaların, həqiqi səbəbini anlamaq yenə də, hər insanın məcburiyyətidir. 

Psixoloq, enerji tetapevti, art terapevt Zümrüd Əsədova

 

0