Uşaqlarda aqressiyanın səbəbi nədir? - Psixoloq

ÖLKƏ
00:22 / 05.06.2022
1456

"Uşaqlarda aqressiya uşağın ətrafını və başqalarını vurması, dişləməsi, əşyaları tullaması..."

Bunu Hit.az-a açıqlamsında psixoloq, Psixoloji və Sosial Dəstək İctimai Birliyinin sədri, Psixologiya Mərkəzinin (UM) rəhbəri, bir neçə özəl klinikaların psixoloqu Ülviyyə Murtuzova deyib.

Onun sözlərinə görə, beynin zədələnməsi kimi fizioloji səbəblər əsas hesab olunur:

"Uşaqlarda aqressiya: uşağın ətrafını və başqalarını vurması, dişləməsi, əşyaları tullaması, özünə və ətrafa xəsarət yetirməsi kimi zərər verməyə hədəfləyən davranışlar etməsidir. Səbəbləri:uşağın valideynlər tərəfindən qatı cəzalara məruz qalması, onu düzgün şəkildə başa düşməmə və sevgi doyumsuzluğu yaşaması.

Digər səbəb kimi televiziyanın və ya sosial mühitin mənfi təsirləri. Qeyri-adekvat ailə mühiti. Ailədaxili konflikt. Beyin membranın iltihabı, beynin zədələnməsi kimi fizioloji səbəblər əsas hesab olunur".

0