Tanınmış kosmetoloqdan xanımlara tövsiyə: Bunlara mütləq diqqət edin

ÖLKƏ
12:33 / 07.06.2022
1827

"Professional kosmetoloji prosedurlardan öncə baxımı daha vacibdir. Əks halda heç bir prosedur öz nəticəsini verməyəcək".

Bunu Hit.az-a açıqlamasında tanınmış kosmetoloq Sevda Sadri deyib.

Onun sözlərinə görə, dərini tipinə uyğun maskalardan istifadə etdikdə effekti daha tez və nəzərəçarpan olur:

"Bundan yüngül pilinqlərlə dərini yeniləmək, məsamələri təmizləmək olar. Bu zaman deridəki quruluq, yağlı dərilərdə isə genişlənmiş məsamələr bərpa olunur. Təmizləmədən sonra dəri tipinə uyğun maskalar, serumlarla masaj etmək dərini daha təravətli edir. Gənclik və gözəlliyimizi uzun müddətli qorumaq üçün biz sağlamlığımıza və görünüşümüzə diqqətlə yanaşmalıyıq. Əks halda hər şey "Zoluşkanın nağılı"nı xatırladacaq. Gözəl makyaj, geyim bizi tamamlasa da makyajsız dərimiz bizi daha cazibədar göstərəcək. Bəziləri doğuşdan ləkəsiz, hamar, təravətli dəriyə sahib olur, lakin bəzilərimiz bunun üçün xüsusi baxımlar etməliyik. Bunun üçün öncə dəri tipini müeyyən etməliyik. 

Qeyd etmək istəyirəm ki, 4 dəri tipi movcuddur:

1. Normal

2. Quru

3. Yağlı

4. Qarışıq

Normal dəri hamar, təravətli, məsaməsizdir. Quru dərilərdə dəri rəngi mat, solğundur. Nəm balansı aşağı olduğu üçün qabıqlanma olur və dəri vaxtından tez qocalır. Yağlı dərilərdə isə əksinə, dəri parıltılıdır, nəm balansı düzgün olmadığı üçün məsamələr genişlənib, aknelər var. Yağlı dərilərdə yaşlanma prosesi gec gedir, buna baxmayaraq baxım tələb edir. Qarışıq tip dəridə yalnız T bölgə yağlıdır (alın, burun, çənə)".

O, ev baxımı prosedurlarından da söz açıb:

"Dərini hər səhər və axşam tərkibində spirt olmayan, nəm balansını qoruyan məhsullarla (üz yuma geli, kosmetik süd, skrabla) təmizləyin. Təmizlədikdən sonra dərini nəmləndirin. Üzü isti su ilə yumaq olmaz. Ağır kosmetik vasitələrdən istifadə etməyin. Ultrabənövşəyi şüalardan qorumaq üçün spf kremlərdən istifadə etmək vacibdir. Hamar, teravətli dəri üçün gün ərzində 2l su içmək, düzgün qidalanmaq vacibdir".

0