Bakı-Sumqayıt yolunda dəhşətli qəza: Penitensiar Xidmətin və MN-nin əməkdaşları...

ÖLKƏ
15:26 / 08.06.2022
2174

Bakı-Sumqayıt yolunda ağır qəza nəticəsində 3 nəfər ağır xəsarətlər alıb.

Hit.az-ın əldə etdiyi məlumata görə, bu gün səhər saat 08:00 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Məntəqə Tipli Cəzaçəkmə Müəsisəsinin nəzarətçisi X. Ağaməmmədovun idarə etdiyi avtomobil qarşıdan gələn Müdafiə Nazirliyinin əməkdaşının idarə etdiyi əvtomobillə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Avtomobillərdə olan 3 nəfərin vəziyyəti ağırdır və onlar əməliyyat olunmaq üçün Sumqayıtda yerləşən xəstəxanada reanimasiyaya yerləşdirilib.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbəb avtomobillərin birində olan sürücünün yatması olub.

Xəyal Abdullayev

0