Daha 12 nəfər koronavirusa yoluxdu

ÖLKƏ
16:36 / 08.06.2022
833

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 832 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 063 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib. 55 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 706, bu günə qədər isə ümumilikdə 6 914 600 test icra olunub.

Son sutkada 1 772 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 245, ikinci doza vaksinlərin sayı 149 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 234 - dür. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 144 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 737 949, birinci doza peyvəndlərin ümumi sayı 5 349 904, ikinci doza vaksinlərin sayı 4 850 340 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 290 717, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 246 988 olub.

0