Nərmin Kərimbəyovanın son vəziyyəti açıqlandı

ÖLKƏ
19:32 / 09.06.2022
1023

Qardaşı Kamran Kərimbəyova donor olan müğənni Nərmin Kərimbəyova reanimasiyadan çıxıb.

Bu barədə onun anası Dilarə Kərimbəyova “Elgizlə izlə” verilişində məlumat verib.

“Nərmin də, Kamran da reanimasiyada deyil. Hər gün danışırıq. Hər ikisi palatadadır. Yavaş-yavaş düzəlirlər”.

Qeyd edək ki, Nərmin bir neçə gün əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamrana verib. Əməliyyat Türkiyədə gerçəkləşdirilib. Nərminin qardaşı uzun illərdir “Hepatit B” xəstəliyindən əziyyət çəkir.

0