Tanınmış idmançı Pirşağı-Kürdəxanı Olimpiya İdman Kompleksinə direktor TƏYİN OLUNDU

ÖLKƏ
14:47 / 10.06.2022
967

Pirşağı-Kürdəxanı Olimpiya İdman Kompleksinin yeni direktoru müəyyənləşib.

KONKRET.az xəbər verir ki, bu vəzifəyə Azərbaycan idmançısı, boksçu Bəylər Mirzəyev təyin edilib. Bundan əvvəl Sumqayıt Olimpiya İdman Kompleksində direktor müavini işləyən Bəylər Mirzəyev gənc olmasına baxmayaq çox perspektivli və təcrübəlidir.

Gənc idmançı 1993-2002-ci illərdə boks və kikbokslnq məşğul olub. Azərbaycan, həmçinin beynəlxaq turnirlərin qalibi və mükafatçısıdır.

O, 2005-2008-ci ildə boks üzrə məşqçi kimi fəaliyyət göstərib. 2008-2009-cu illərdə AzTV İdman Proqramları Baş redaksiyasında müxbir kimi çalışıb.

Bəylər Mirzəyev 2009-2017-ci illərdə İdman Azərbaycan Telekanalında redaktor vəzifəsində işləyib.

Daha sonra o, 2017-2019-cu illərdə İdman Azərbaycan telekanalına baş redaktor müavini vəzifəsinə təyin olunub. Həmin ərəfələrdə kanalda Baş Proqram direktor vəzifəsini də icra edib.

İdmançı 2020-ci ildə “Sumqayıt Olimpiya İdman Kompleksi” MMC-yə direktor müavini vəzifəsinə təyinat alıb.

Çalışdığı bu illər ərzində göstərdiyi xidmətlərə görə, idman qurumları və Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılıb.

Qeyd edək ki, Sumqayıt Olimpiya İdman Kompleksində çalışdığı ilyarım ərzində üç zal istifadəyə verilib, yüksək səviyyədə təmir-bərpa işləri aparılıb. Həmin bu müsbət göstəricilərə görə Bəylər Mirzəyev Pirşağı-Kürdəxanı Olimpiya İdman Kompleksinə direktor təyin edilib.

0