Manşet.az saytı 1 yaşını qeyd edir - FOTOLAR

ÖLKƏ
15:48 / 10.06.2022
1250

Manşet.az xəbər portalı bu gün 1 yaşını qeyd edir. 

Sayt ölkəmizdə və dünyada baş verən ən mühüm ictimai-siyasi prosesləri, hadisələri oxuculara təqdim edir. Manşet.az-ın fəaliyyəti qısa bir zamanı əhatə etsə də, əslində sayt ölkənin ən aparıcı xəbər portalları ilə rəqabət aparmaq imkanlarına malikdir. Təsisçiləri Əli Vəliyev və Famil Fərhadoğlu olan saytın fəaliyyətə başladığı gündən bu günə qədər bu portala daxil olan istifadəçilərin ümumi sayının 6 milyonu keçməsi deyilənlərin təsdiqidir. 

Saytda siyasət, iqtisadiyyat, mədəniyyət, idman bölmələri fəaliyyət göstərir, ən yeni və maraqlı məlumatları oxucularının ixtiyarına verir. Günün tələbatı ilə ayaqlaşan, gündəmin nəbzini tutan Manşet.az tək Azərbaycanda izlənilmir, ölkəmizin hüdudlarından kənarda yaşayan həmyerlilərimiz də bu saytı izləyir.

Biz də HİT.az olaraq perespektivli və istedadlı gənclərdən təşkil olunan Manşet .az xəbər portalını 1 yaşı münasibəti ilə təbrik edir, onlara gələcək fəaliyyətində uğurlar arzu edirik.

0