Jalə İsmayılın “Azərbaycan-Rumıniya mədəni əlaqələri” adlı kitabı işıq üzü gördü

ÖLKƏ
15:55 / 10.06.2022
967

Azərbaycan-Rumıniya əlaqələrinin tarixinə dair daha bir kitab işıq üzü görüb. 

HİT.az xəbər verir ki, tarix üzrə fəlsəfə doktoru Jalə İsmayılın “Azərbaycan-Rumıniya mədəni əlaqələri” adlı monoqrafiyasında iki ölkə arasında mövcud olan mədəni əlaqələrin tarixi araşdırılıb, əlaqələrin xarakteri təhlil olunub. Kitabda, həmçinin, mədəni əlaqələrin yaranmasında iştirak etmiş şəxsiyyətlərin fəaliyyətinə, prosesə təkan verən ictimai-siyasi hadisələrə də yer verilib.  

“Azərbaycan-Rumıniya mədəni əlaqələri” monoqrafiyası “SimSim” nəşriyyatında nəşr olunub. 

Jalə İsmayıl Bakı Dövlət Universitetinin məzunudur. AMEA Ədəbiyyat İnstitutunda və Babeş-Bolyay Universitetində (Kluj-Napoka, Rumıniya) doktorantura təhsili alıb. “XX əsr rumın ədəbiyyatının inkişaf meyilləri” (2012) və “Azərbaycan - Rumıniya mədəni əlaqələri” (2016) adlı monoqrafiyaların, rumın ədəbiyyatı, qaqauz ədəbiyyatı, Azərbaycan-Rumıniya mədəni əlaqələrinə dair onlarla məqalənin müəllifidir. Rumın ədəbiyyatından tərcümə etdiyi mətnlər onlayn mediada və dövri mətbuatda yayımlanmaqdadır. 

“Heykəlin içindəki hekayələr” hekayə (2010), “Birnəfəsə” şeir (2015), “Oynamaq istəyən varmı?” pyes (2021) kitabları, həmçinin, 2020-ci ildə Rumıniyada “România-Azerbaidjan: două culturi, infinite oportunități” adlı monoqrafiyası nəşr olunub.

0