İcra başçısından yeni təyinat

ÖLKƏ
18:53 / 14.06.2022
886

Səbail Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

APA xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmrinə əsasən, RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Şirinov Nicat Vəli oğlu RİH başçısının köməkçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nicat Şirinov 2020-ci ildən RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

0