“20 Yanvar”dakı obyektlərə yeni tələb (FOTO)

ÖLKƏ
13:54 / 26.05.2020
1007

Metronun “20 Yanvar” stansiyasındakı keçiddə ticarət obyektləri üçün yeni qaydalar tətbiq edilməyə başlanıb. Hit.Az-ın əldə etdiyi xəbərə görə, köşk sahiblərinə mallarını çölə çıxarmağa icazə verilmir.

HİT.Az-ın xəbərinə görə, əvvəllər ticarətçilər malları obyektin qarşısına qoyurdu və səliqə-sahmansızlıq, nizamsızlıq yaranırdı, metroya girib-çıxanların hərəkətinə mane olurdu.

İndisə onlardan tələb olunur ki, malları vitrində qoyaraq satsınlar. Hazırda karantin rejimi səbəbindən obyektlərin çoxu fəaliyyət göstərmirlər. 

Xatırladaq ki, Bakının bütün metro keçidlərində ticarət ləğv olunub, yalnız “20 Yanvar”dakı keçiddə ticarət var. “Bakı Metropoliten” QSC bunu keçidin metronun ərazisinə aidiyyatı olmaması ilə izah edir.

1