Bakıda çoxmərətəbəli yaşayış binası yanır

ÖLKƏ
10:28 / 17.06.2022
1132

Bakıda çoxmərətəbəli yaşayış binasında yanğın başlayıb.

Bu barədə Hit.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi ünvanındakı olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

0