İyun ayının 16-da Bakı şəhərinin mərkəzi ərazisindən “şir kükrəməsi”nə bənzər səslər eşidilib.
Artıq sosial media istifadəçiləri də bu “kükrəmə”yə dair paylaşımlar ediblər.
Eyni zamanda tanınmış sosial media fəalları və bloqerlər maraqlı “kükrəmə” səsinin, sirli şirin ləpirlərinin əks olunduğu video və fotoları sosial şəbəkələrdə yayımlayıb, izləyicilərindən bu səs barədə soruşublar. Şərhlərdən də görünür ki, sirli “kükrəmə” səsləri insanların böyük marağına səbəb olub.
Bloqerlərdən biri @igoguseinov “kükrəmə” səsi ilə bağlı yazıb: “Heyvanlar haqqında olan verilişlərə baxanda şirin kükrəməyini eşitmişəm, amma bu səsi izah edə bilmirəm. Elə bil şimşək çaxır, amma, şəhərdə eşitdiyim, məncə, elə şir səsidir”.
Digər influenser @babayevnasir_ yazır: “Hey, uşaqlar! Bu gün yürüşə çıxmışdım, qəribə bir şey gördüm. Baxın! Heyvanın ayaq izlərinə bənzəyir? Niyə şəhərin mərkəzində bu izlər var? Bunun nə olduğunu kim bilir?”
Şəhərin mərkəz hissəsində müxtəlif yerlərdən eşidilən əsrarəngiz “kükrəmə”nin mənbəyi, hələ ki, tapılmayıb. Əməkdaşlar “şir kükrəməsi”nin haradan gəldiyini, necə yarandığını araşdırırlar, tezliklə araşdırma nəticələrini elan edəcəyik.