ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşdü

ÖLKƏ
11:33 / 19.06.2022
617

İyunun 19- saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Hit.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

0