Yoluxanların sayı açıqlandı

ÖLKƏ
16:39 / 21.06.2022
454

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 036 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 181 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 139 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 646, bu günə qədər isə ümumilikdə 6 942 791 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 1534 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 210, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 194, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 994, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 136 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 754 921, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 352 473, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 852 425, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 301 750, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 248 273 nəfər təşkil edir.

0