Tovuzda ağır qəza: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

ÖLKƏ
09:31 / 28.06.2022
806

Tovuzda yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların şəxsiyyəti dəqiqləşib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Aşağı Quşçu kəndində "VAZ-2106" markalı iki avtomobilin toqquşması nəticəsində, 1997-ci il təvəllüdlü Hümbətov Həzirətabbas Yaşar oğlu və 2005-ci il təvəllüdlü Atayev Aykut Sahib oğlu hadisə yerində dünyasını dəyişiblər.

Daha 3 nəfər - 2009-ci il təvəllüdlü Hüseynov Uğur Rafiq oğlu, 2001-ci il təvəllüdlü Elşən Quliyev və 2002-ci il təvəllüdlü Nurlan Abbasov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, xəsarət alanların vəziyyəti orta-ağır və ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

xxx

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində, 2 nəfər ölüb, daha 3 nəfər müxtəlif xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

0