Son günlər Kür çayında suyun səviyyəsinin qalxması ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar üzrə Komissiyanın növbəti iclası keçirilib.
Seymur Orucovun sədrliyi ilə keçirilən iclasda rayonun hüquq-mühafizə orqanlarının, RİH başçısı aparatının, aidiyyəti təşkilatların məsul şəxsləri, Kür çayı sahilində yerləşən yaşayış məntəqələrinin iəd üzrə nümayəndə və bələdiyyə sədrləri iştirak ediblər.
RİH başçısı son günlər Türkiyə, Gürcüstan və Azərbaycanda yağan güclü yağıntılar nəticəsində ölkə ərazisində Kür çayının səviyyəsinin qalxmasını vurğulayarq bildirib ki, Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar üzrə Komissiya aidiyyəti qurumlarla birlikdə fəaliyyətini gücləndirilmiş qaydada davam etdirməli, müvafiq ərazilərdə aparılan monitorinqlər daha intensiv xarakter almalıdır.
Suyun səviyyəsi ilə əlaqədar istənilən məlumatın dərhal operativ qərargaha məruzə olunması xüsusilə tapşırılıb.
İclasda aparılan geniş müzakirələrlə Kür çayı sahilində yerləşən yaşayış məntəqələrində, ümumilikdə rayon ərazisində baş verə biləcək təbii hadisələrin qarşısının alınması məqsədilə həyata keçiriləcək təcili təxirəsalınmaz təbdirlər müəyyənləşdirilib.
Müəyyən edilmiş tədbirlərin operativ qaydada icra olunması istiqamətində məsul şəxslər təyin edilərək konkret tapşırıqlar verilib. Aidiyyəti xidmət təşkilatlarına məsul şəxslər məruzələrində mövcud texnikaların hazır vəziyyətə gətirilməsini qeyd edərək bu istiqamətdə növbətçilik rejiminin gücləndirilmiş qaydada davam etdirildiyini bildiriblər.