Zaqatalada itən turistin yeni FOTOSU tapıldı

ÖLKƏ
13:44 / 30.06.2022
1107

Zaqatala dağlarında yoxa çıxan hindistanlı turistin ən son çəkilmiş və heç yerdə olmayan fotosu ortaya çıxıb.

Lent.az həmin fotonu əldə edib.  

Foto hindistanlı turist Manikath Kondaveeti itkin düşməzdən bir neçə saat əvvəl çəkilib. Fotoda turistin yanındakılar Zaqatala sakinləridir. Məlumata görə, turist dağa qalxarkən yerli sakinlərlə qarşılaşıb və onlarla selfi edib. Şəkil Manikath Kondaveeti tərəfindən yerli sakinlərin telefonu ilə çəkilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov açıqlamasında bildirib ki, polis həmin fotodan məlumatlıdır: 

“Foto turist itkin düşməzdən əvvəl çəkilib. O, dağa qalxarkən yolda yerli sakinlərlə qarşılaşıb və onlarla şəkil çəkdirib. Həmin şəxslər bu barədə polisə ifadə veriblər”.

0