Ötən gün Naxçıvandakı hərbi hissələrdən birində faciəvi şəkildə ölən əsgər Fazil Məmmədli evin tək oğlu olub.
HİT.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndindən olan Fazilin özündən böyük 2 bacısı var və onlar ailə həyatı qurublar.
Bədbəxt hadisə Əlahiddə Ümumqoşun Ordunun tərkibindəki hərbi hissənin tərkibindəki işçi qüvvənin fəaliyyəti zamanı baş verib. Belə ki, 18 yaşlı əsgər Fazil Məmmədli ehtiyatsızlıqdan hərbi yük maşınının altında qalıb və aldığı xəsarətlərdən yerindəcə vəfat edib.
Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb, Hərbi Prokurorluqda istintaq aparılır.
Mərhum əsgərin bəzi fotolarını təqdim edirik: