Nazir generala müavin təyin etdi - FOTO

ÖLKƏ
11:58 / 04.07.2022
1644

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni təyinat olub.

HİT.az unikal-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Mansurov DİN-in Polis Akademiyası rəisinin birinci müavini vəzifəsinə təyinat alıb.

V.Mansurov bu təyinatadək Polis Akademiyasında müəllim kimi çalışıb.

Qeyd edək ki, Polis Akademiyasının rəisi general-mayor Canpolad Daanovdur.

0