Qardaşının həyətinə qumbara atıb evini partlatdı - Bakıda

ÖLKƏ
11:54 / 09.07.2022
717

Bakı sakini qonşuluqda yaşayan qardaşının həyətinə qumbara atıb.

HİT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin məlumatına görə, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə iyulun 8-də saat 1 radələrində Maştağa qəsəbə sakini R.İsakovun xuliqanlıq zəminində qonşuluqda yaşayan qardaşı Rəşadın həyətinə qumbara atması barədə məlumat daxil olub.

Partlayış nəticəsində evin pəncərə şüşələri sınıb, divarı zədələnib, yerin beton örtüyü dağılıb, xəsarət alan olmayıb.
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsakov saxlanılıb.
 
Faktla əlaqədar cinayət işi başlanılıb.

0