TƏBİB koronavirusla bağlı əhaliyə müraciət etdi

ÖLKƏ
11:15 / 11.07.2022
808

Dünyada indiyədək 6.37 milyon insan COVID-19-dan ölüb. Azərbaycanda isə bu rəqəm 9 719-dur.

HİT.az xəbər verir ki, son günlər koronavirusa yoluxma saylarında artımları nəzərə alan TƏBİB yenidən əhaliyə müraciət edib

Müraciətdə deyilir:

"Koronavirusa yoluxma saylarında artımları nəzərə alaraq, əhalini bir daha diqqətli olmağa çağırırıq - Sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun;

Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını dərhal bağlı zibil qutusuna atın;

Başqaları ilə aranızda ən az 1 metr məsafə saxlayın;

Telefonlar, qapı dəstəkləri kimi tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin və dezinfeksiya edin;

Qapalı məkanları tez-tez havalandırın;

Kütləvi toplaşma hallarından yayının, bunun mümkün olmadığı zaman maskadan istifadə edin;

İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici ("buster”) doza ilə peyvəndlənin".

0