Əməkdar artist Pirallahıda torpaq sahəsi istəyir

ÖLKƏ
15:17 / 11.07.2022
819

Əməkdar artist Kübra Əliyeva Pirallahı adasında ona torpaq sahəsinin hədiyyə edilməsini istəyib.

HİT.az xəbər verir ki, bu barədə aktrisa "Elgizlə izlə” verilişində danışıb. O bildirib ki, orada ev tikmək istəyir:

"42 ildir ki, bu sənətdəyəm. Bu gün də sakit dayanmıram, az da olsa xalqıma xidmət edirəm. Əgər hədiyyə versələr, sevinərdim. Duallarım onlarla olar”.

Qeyd edək ki, K.Əliyevanın Bodrumda da evi var. 

0