Son sutkanın yoluxma statistikası

ÖLKƏ
16:41 / 11.07.2022
896

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 764 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 662 nəfər müalicə olunaraq sağalıb, 9719 nəfər vəfat edib, aktiv xəstə sayı 383 nəfərdir.

Ölkədə son sutka ərzində 1591, hazırkı dövrədək isə 6 987 669 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə vaksin vurulmayıb. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 781 770, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 359 466, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 347, üç və daha çox doza vaksin vurduranların sayı 3 316 498, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 250 459 təşkil edir.

0