Ağcəbədidə su quyusundan qızıl tapıldığına görə polis postları qurulub? - YENİLƏNİB

ÖLKƏ
11:02 / 13.07.2022
919

Ağcabədi rayonunun Hacılar kəndində su quyusundan qızıl tapılması ilə bağlı xəbərə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti reaksiya verib. 

Xidmətin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı "Qafqazinfo"ya bildirib ki, yayılmış məlumat həqiqəti əks etdirmir: "Həmçinin kənd ərazisində polis əməkdaşları tərəfindən nəzarət postları qurulmayıb".

Ağcabədi rayon icra başçısının Hacılar kəndi üzrə nümayəndəsi Ramil Əliyev isə açıqlamasında bu hadisənin 3-4 il əvvəl baş verdiyini bildirib: “Bu məlumat yenidən gündəmə gətirilib. Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri əraziyə baş çəkib. Lakin tapıntının miqdarının az olmasına görə bu ərazidə hər hansı işlər aparılmayıb. Hazırda o məhəllə boşdur. Orada yaşayan da yoxdur”.

10.25

Kənddə su quyusu qazılarkən qızıl aşkar edilib.

Hadisə Ağcabədi rayonunun Hacılar kəndində baş verib.

Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, kənddə su quyusu qazarkən, qəribə metal parçaları ilə qarşılaşıblar. Daha sonra məlum olub ki, həmin metal parçaları qızıldır. Kənd sakinləri bu barədə dövlətə məlumat veriblər.

Məlumata görə, uzun illər əvvəl həmin kəndin içərisindən Kəlbəcərdən gələn çay keçib. Kəndin ərazisi çökəkdə olduğu üçün dağdan gələn təbii qızıllar kənd ərazisində torpağa hopub. Hazırda kəndin giriş çıxışına polis postları qoyulub. Köhnə çay yatağında böyük miqdarda qızılın olduğu deyilir. Kənd sakinlərinin həyətindən çıxan qızılın dəyərinin 25 faizinin onlara veriləcəyi məlumatı verilib 

Qeyd edək ki, kəndə gedib, məsələni yerində araşdırmaq istədikdə, polis postlarından kəndə buraxılmadıq. 

Mənbə: Milli.az

0