Özünü öldürən rəis müavini məşhur tarixçinin oğlu imiş - FOTO

ÖLKƏ
11:46 / 14.07.2022
1318
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib.
 
Qaynarinfo-nun xəbərinə görə, Əli Cahangirli məşhur tarixçi və tədqiqatçı, Nehrəm Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin və BAO Mərkəzi Şurasının üzvü Nəcəfalı Cahangirlinin oğludur.
 
Əli Cahangirli 13 iyul 2022-ci ildə Astara rayonu Rüdəkənar kəndində intihar edib.
 
Mərhumun qardaşı Araz Cahangirli Qaynarinfo-ya bildirib ki, hazırda qardaşının ölüm səbəbi araşdırılır: "Qardaşım Astarada yaşadığı evdə intihar edib. Naxçıvanın Nehrəm qəsəbə qəbristanlığında torpağa tapşırılacaq”.
 
Əli Cahangirli
 
Nəcəfalı Cahangirli
0