Yevlaxda Kür çayında həlak olan polisin meyiti tapıldı - YENİLƏNİB

ÖLKƏ
13:50 / 17.07.2022
966

"Fiat" markalı xidməti avtomobilin çaya düşməsi nəticəsində boğulan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədovun meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətindən HİT.az-a bildirilib ki, meyit aidiyyəti üzrə təhvil verilib.

12.04

Yevlaxda polislərin olduğu avtomobil Kür çayına düşüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan HİT.az-a bildirilib ki, bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.

Hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub. Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən də açıqlama verilib. Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu "Fiat" markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub. 

Hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

0