Gülnar Əlizadənin ölüm səbəbi açıqlandı: "Qəfildən halı pisləşib..."

ÖLKƏ
11:14 / 18.07.2022
923

"Dünən günün ikinci yarısı halı pisləşib. Yeməkdən sonra özünü pis hiss edib, ağzından köpük gəlib”.

Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan aktrisa Gülnar Əlizadənin ölümdən danışarkən deyib. Onun sözlərinə görə, aktrisaya ürək çatışmazlığı diaqnozu qoyulub:

"Dərhal təcili yardım çağırıblar. Deyəsən təcili yardım gec gəlib. Xəstəxanaya aparıblar. Orada dünyasını dəyişib. Həkimlər ona ürək çatışmazlığı diaqnozu qoyub, amma bir azdan konkret olaraq ölüm səbəbi açıqlanacaq".

İntiqam Soltan bildirib ki, aktrisanın iki yaşında qızı qalıb:

"Çox tərbiyyəli, nümunəvi bir aktrisa idi. 29 yaşı vardı. Kollektiv olaraq çox pisik, övladını itirən ata necə olar, indi mən də eləyəm”.

Qeyd edək ki, Bakı Uşaq və Gənclər Teatrının 29 yaşlı aktrisası Gülnar Əlizadə vəfat edib.

0