Meymunçiçəyi testinin tətbiqinə başlanıldı: Yoluxma qeydə alınıb? - RƏSMİ

ÖLKƏ
12:30 / 18.07.2022
681

Bu gün üçün meymunçiçəyi ilə bağlı Azərbaycanda yoluxma faktı qeydə alınmayıb.

Bu barədə HİT.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur: "Testlərdən istifadəyə gəldikdə bu günə qədər iki testdən istifadə edilib. Müraciət edənlərdən test nümunələri götürərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hər iki şəxsin test nəticəsi neqativdir".

0